Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:24

“Əmək haqlarımızı ala bilmirik. Hamı bu işi bir-birinin üzərinə yıxır”.

“Bahar Enerji”nin işçisi olan 80 nəfər əməkhaqqını ala bilmir. Bu barədə onlar AzadlıqRadiosunun “Qaynar xətt”inə yazırlar:

“Biz “Bahar Enerji”nin işçiləri olmuşuq. Sonra müqavilə əsasında Petroleum Service Company-də çalışmışıq. Dənizdə neft çıxaracaq qurğunu düzəldib təhvil verdikdən sonra müqavilələrimizə xitam verilib. Amma pullarımız ödənilməyib”.

"APRELDƏN MAAŞ ALA BİLMİRƏM"

İşçilər bunu şirkətlər arasındakı narazılıqdan qaynaqlandığını bildirirlər.

Şikayətçi Mehman Namazov:

“Petroleum möhürünü SOCAR AQŞ-yə (Abşeron Qazma Şirkəti) Ramin İsayevə həvalə verib. Bu şirkət də fəhlələrin əmək haqlarını ödəyəcəyinə söz verib. Ancaq hələ də heç kimin pulunu verməyib”.

Şikayətçi Fəzail Qurbanov:

“40 ildir dənizdə işləyirəm. İş müqaviləmin vaxtı iyul ayından bitsə də aprel ayından bəri maaşını ala bilmirəm”.

Şikayətçilərin sözlərinə görə alacaqları pul 3 min manatdan 8 min manata qədərdir. Amma bu dörd ayda onlara əməkhaqqı verən yoxdur. Pulsuzluq isə neftçiləri çətin vəziyyətdə qoyur. Evlərini çörək pulu apara bilməyən ailə başçıları çarəsiz qalıblar. Neftçilərin müraciət etmədiyi ünvan da qalmayıb. Amma dərdlərinə əlac edən yoxdur.

“Bahar Enerji”nin İnsan Resursları Departamentinin rəhbəri Günay Məmmədova maaşaların onların qurumlarına aidiyyəti olmadığını bildirir.

SOCAR AQŞ-dən isə bildiriblər ki, şikayətçilər onların adını bu məsələdə əsassız hallandırır:

“Çünki bizim nə "Bahar Enerji"ylə, nə də Petroleum Service Company-ilə heç bir əlaqəmiz yoxdur. Biz dövlət qurumuyuq və işçilərimizin də məvacibini vaxtlı-vaxtında ödəyirik”.

Petroleum Service Company isə ümumiyyətlə, sualları cavablandırmayıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG