Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:59

-

Sentyabrın 22-də Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur Bakıda hüquq müdafiəçiləri, siyasətçilər, jurnalistlərlə görüş keçirib. Bu haqda AzadlıqRadiosuna REAL İctimai Birliyinin icraçı katibi Natiq Cəfərli deyib. Onun sözlərinə görə, görüşdə ölkədəki həbslər, həbsdəkilərin son durumu, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının Azərbaycanda necə yerinə yetirildiyi, qeyri-hökumət təşkilatları ilə bağlı yaranmış vəziyyət, eləcə də QHT-lərlə bağlı qanuna edilməsi gözlənilən dəyişikliklər müzakirə edilib.

«AŞPA prezidenti Azərbaycanda vəziyyətin gərgin olduğunu və bundan narahatlığını ifadə etdi. O bildirdi ki, bu problemlər rəsmilərlə görüşlərdə müzakirə ediləcək və həlli yolları axtarılacaq».

Görüşdə hüquq müdafiəçiləri Arzu Abdullayeva, Səidə Qocamanlı, NİDA Vətəndaş Hərəkatından Aygün Pəncəliyeva, jurnalist Şahvələd Çobanoğlu, Samir Kazımov, vəkil Fariz Namazlı və başqaları iştirak ediblər.

Həmin görüşün 3 saat yarım davam etdiyi bildirilir.

Anne Brasseur-in sentyabrın 22-də Milli Məclisin AŞPA-dakı nümayəndə heyəti, ertəsi gün prezident İlham Əliyevlə görüşü planlaşdırılıb. Eləcə də onun Bakıda və paytaxtdan kənarda bir sıra məhbuslarla görüşəcəyi bildirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG