Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:05

-
Güclü yağış nə rəqqasların, nə də tamaşaçıların kefini poza bilib.

Parisin Sənt-Sülpis meydanında “Azərbaycan şəhərciyi” paytaxt sakinlərinin və şəhərin qonaqlarının diqqət mərkəzindədir.

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin və Parisin 6- cı rayon meriyasının dəstəyi ilə təşkil olunan şəhərcik ölkəmizi fransızlara daha yaxından tanıtmaq məqsədilə təşkil olunub.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, sentyabrın 20-də şəhərcikdə açıq havada Azərbaycan Dövlət Rəqs Ansamblı möhtəşəm konsert proqramı ilə çıxış edib.

Konsertdən əvvəl tamaçaçılara Azərbaycan haqqında məlumat verilib. Onun qədim tarixə, zəngin mədəniyyətə və musiqi ənənələrinə malik olduğu vurğulanıb.

Bundan sonra söz rəqqaslara verilib. 1970-ci ildə yaradılan Azərbaycan Dövlət Rəqs Ansamblı ötən 40 illik fəaliyyəti dövründə dünyanın bir sıra ölkələrində yüksək səviyyəli çıxışlar edib.

Xəbərdə deyilir ki, tamaşaçılar güclü yağışa baxmayaraq meydanı tərk etməyib və bir-birini əvəz edən həzin, qəlbləri oxşayan Azərbaycan rəqslərini böyük maraq və heyranlıqla seyr ediblər.

“Yallı”, “Nəlbəki”, “Qazağı”, “Naz eləmə”, “Atəşgah”, “Qarabağ”, “Gənclik” və digər milli rəqslərimiz tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Ansamblın Paris tamaşaçısı qarşısındakı çıxışı “Odlar diyarı” rəqsi ilə yekunlaşıb.

Parisdə “Azərbaycan şəhərciyi” adı altında keçirilən mədəni tədbirlər davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG