Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:17

«Belaya Veja» yekunlaşdı


Şövqi Hüseynov -"Sözsüz" tamaşası
Şövqi Hüseynov -"Sözsüz" tamaşası

-

Sentyabrın 12-dən Belarus Respublikasının Brest şəhərində start götürən XIX “Belaya Veja” (“Ağ qala”) Beynəlxalq Teatr Festivalı sentyabrın 20-də yekunlaşıb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, festivalda yaradıcı kollektiv S.Bekketin eyniadlı pyesi əsasında hazırlanmış “Sözsüz” mono tamaşası ilə çıxış edib.

Quruluşçu rejissoru İsa Əsədov olan tamaşada ifaçı rolunu Əməkdar Artist Şövqi Hüseynov canlandırır.

Festivalda dünyanın 13 ölkəsindən 24 teatr kollektivinin 10 dildə təqdim etdiyi 28 tamaşa izlənib.

Əvvəlcə festivalın dahi dramaturq Uilyam Şekspirin yaradıcılığına həsr olunması fikrinə gələn təşkilat komitəsi daha sonra festivalın heç bir mövzu əsasında olmayacağını açıqlayıb.

Festivalda Belarus, Rusiya, Ukrayna, Estoniya, İtaliya, Latviya, Polşa, Slovakiya,Qazaxıstan, Gürcüstan və dünyanın digər ölkələrinin mono, kukla, meydan, mim teatrları iştirak ediblər.

“Belaya Veja” ənənəvi beynəlxalq teatr festivalı Brestdə 1996-cı ildən keçirilir.

Tanınmış rejissorlar və aktyorlar, musiqiçilər və rəssamlar, habelə gənc istedadlar üçün Brest festivalı əsərlərini teatr xadimlərinin və tamaşaçıların mühakiməsinə təqdim etmək üçün gözəl imkandır.

Azərbaycan teatrının tamaşası maraqla qarşılanıb.

Brestin nüfuzlu qəzetlərindən olan “Брестская газета” festival çərçivəsində seçilən və daha çox tamaşaçı marağına səbəb olan səhnə əsərlərinin siyahısına Şövqi Hüseynovun ifa etdiyi “Sözsüz” tamaşasını da daxil edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG