Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:03

Qanlıgöl ətrafında qaçqınların məskunlaşdığı 350 ev söküləcək


Arxiv foto
Arxiv foto

-

Bakıda Qanlıgöl ətrafında tikilən və qaçqınların məskunlaşdığı 350 ev sökülməlidir. Bununla bağlı qərar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qaçqın ailələrinə çatdırılıb. Amma qarşı tərəf qərara etiraz edir.

Bakı şəhər İcra Hakimiyyəti onlara burdan köçmək üçün 4 gün möhlət verib, eləcə də Yasamalda yeni tikililərdə mənzil təklif edib.

Amma 350 evin sahibi həmin mənzillərin kiçik olduğunu əsas gətirərək ora köçmək istəmirlər.

Onlar söküləcək evlərinə görə, kompensasiya verilməsini tələb edirlər. Bununla bağlı tələb və etirazlarını ötən həftə Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə də çatdırıblar.

Komitədən bildiriblər ki, sentyabrın 22-də qurumun rəhbəri Əli Həsənov əraziyə onlarla görüşə gələcək. Amma AzadlıqRadiosunun müxbiri xəbər verir ki, bazar ertəsi qaçqınlar bir yerə toplaşsalar da Əli Həsənov gəlməyib.

XS
SM
MD
LG