Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:48

Papa müsəlmanları islamçı ekstremistləri pisləməyə çağırır


Papa Francis

Papa Francis

-

Papa Francis müsəlmanları və bütün dini liderləri çağırıb ki, dindən istifadə edərək zorakılığı əsaslandıran islamçı ekstremistləri pisləsinlər. Sentyabrın 21-də Albaniyaya səfəri çərçivəsində danışan Papa deyib:

«Allahın adıyla öldürmək böyük allahsızlıqdır. Allahın adıyla ayrı-seçkilik etmək qeyri-insani rəftardır».

O, əlavə edib ki, heç kəs zorakılıq və istibdad hərəkətləri həyata keçirən zaman Allahın adından istifadə etməsin.

Papa bunları Tiranada, Albaniya prezident sarayında ibadət zamanı deyib. O, Albaniyanın müsəlman çoxluğunu dini harmoniyanın «ruhlandırıcı nümunəsi» adlandırıb.

Albanların 10 faizi katolik, 60 faizi sünni müsəlmanlardır.

İraq hakimiyyəti İslam Dövləti yaraqlıları barədə xəbərdarlıq edəndən sonra Albaniya rəsmiləri təhlükəsizlik səviyyəsini qaldırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG