Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:01

Ağ Ev əfqan sazişini alqışlayır


Abdullah Abdullah (sol) və Ashraf Ghani Ahmadzai

Abdullah Abdullah (sol) və Ashraf Ghani Ahmadzai

-

Ağ Ev Əfqanıstanda hakimiyyət bölgüsü barədə sazişin imzalanmasını alqışlayıb. Bu saziş ölkədə səkkiz aylıq prezident seçkisi mübahisəsinə son verib.

Razılaşmaya əsasən Ashraf Ghani prezident, digər namizəd Abdullah Abdullah isə icra sistemində yeni yaradılmış, ən yüksək post sayılan baş idarəedici vəzifəsini tutacaq.

Ağ Ev yaydığı bəyanatda deyib ki, «demokratik prosesə hörmət» Əfqanıstan üçün yeganə real yoldur.

BMT-nin Təhlükəsizlik Şurası da «Əfqanıstanda prezident seçkisinin sona çatmasını» alqışlayıb, «Milli Birlik Hökuməti» ilə işləməyə hazır olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG