Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:50

Moskva marşına 26 min adam gəlib


21 Sentyabr, 2014
21 Sentyabr, 2014

Moskvada 2012-ci ilin mayından, prezident Vladimir Putinin andiçməsindən sonra ən böyük etiraz aksiyası keçirilib. Minlərlə etirazçı sentyabrın 21-də Sankt Peterburq və digər şəhərlərdə nümayişə çıxaraq, Rusiyanın Ukraynanın şərqində apardığı əməliyyatlara etiraz edib.

SONAR müstəqil monitorinq qrupunun hesablamasına görə, Moskva marşına 26 min adam toplaşıb.

Putin hökuməti dəfələrlə Rusiyanın Ukraynanın şərqinə əsgər və silah göndərməsi, rusiyayönlü separatçıları dəstəkləməsi barədə iddiaları yalanlayıb. Ancaq bu təkzib Rusiyanın həm daxili, həm də xaricində getdikcə daha çox şübhəylə yanaşılır.

XS
SM
MD
LG