Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:22

Roma Papası Francis qəti şəkildə dini zorakılığı pisləyib.

Sentyabrın 21-də Albaniyada bir günlük səfərdə olan Roma Papası Francis deyib: “zorakılıq etdiyi vaxt heç kim özünü Allahın silahı hesab edə bilməz.”

Francis bunu Tiranada prezident sarayı qarşısına toplaşanlara moizəsində deyib.

Roma papası Albaniya əhalisi arasında çoxluqda olan müsəlmanları “dini harmoniyanın ilhamverici nümunəsi” adlandırıb.

Albaniya əhalisinin 10 faizi katolik, 60 faizi sünni müsəlmandır.

Tiranada Roma papasını qarşılamağa yüz minlərlə müsəlman və xrisitian gəlib.

XS
SM
MD
LG