Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:02

Alman hüquqşünas təyyarə qəzasına görə Ukraynanı məhkəməyə verir


Alman hüquqşünas iyulun 17-də vurulan Malaziya təyyarəsində həlak 3 alman sərnişinin ailələri adından Ukraynaya qarşı dava açmaq niyyətindədir.

O, Ukraynanı səhlənkarlıqda suçlayır.

Elmar Giemulla aviasiya hüququ üzrə mütəxxəsisdir. O həmçinin Rusiyaya qarşı da məhkəmə davası aça biləcəyini istisna etmir.

Elmar Giemulla bildirib ki, təyyarədə yaxınlarını itirən 3 alman ailəsi adından bu həftə Avropa İnsan haqları məhkəməsinə şikayət yollayacaq.

O, Ukrayna səmasında təyyarəni kimin vurmasından asılı olmayaraq Ukraynanı səhlənkarlıqda günahlandırır. Hüquqşünas bildirib ki, aviasiya qanununa görə, həra hansı bir ölkə öz səmasından uçan təyyarələrin təhlükəsizliyini təmin edə bilməyəcəyi təqdirdə hava məkanını qapatmalıdır.

Giemulla hər ölən səsrnişinə görə 1 milyon avro kompensasiya tələb edəcək.

XS
SM
MD
LG