Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:20

Hökumət: «İndoneziyada İslam Dövləti təşkilatı olmayacaq»


-

John Emont Foreign Policy məcmuəsində yazır ki, İyul günlərindən birində dindarlar dünyanın o başında Sünni qiyamçıların uğurları barədə məlumat almaq üçün İndoneziyanın orta ölçülü şəhərlərindən biri olan Malanqın ətrafındakı kiçik məsçidə toplaşmışdılar.

Bu toplantını yerli radikal islamçı təşkilatlardan biri olan Ənşərül Xilafə təşkilatı İslam Dövləti (İD) döyüşçülərinin Mosulu zəbt etməsindən az sonra təşkil etmişdi. Bu tədbir zamanı təşkilatçılar İD döyüşçülərinin İraq və Suriyadakı uğurlarından bəhs edən video göstəriblər və islami təbliğat jurnalları paylayıblar. Tədbirdə iştirak etmiş yerli sakinlərdən Aji Prase İD-in regiondakı təsirinin artmasından narahatdır.

“Biz Malanqın İD-in qərargahına çevrilməsini istəmirik, çünki bu, yalnız zorakılıq gətirə bilər” – bunu Prase “Jakarta Globe” qəzetinin müxbirinə deyib.

HÖKUMƏT DƏ "YATMIR"

Sentyabr ayınadək bəlli olub ki, Prase-nin narahatlığı özünü doğrultmur. Çünki sən demə, elə həmin tədbirdən sonra yerli hakimiyyət orqanları Cakartadakı mərkəzi hökumətə bu barədə məlumat veriblər. Bundan sonra polis həmin məsçidi müşahidə etməyə başlayıb ki, orada daha bir İD tədbiri keçirilməsin. Bundan sonra Ənşərül Xilafə Malanqın başqa bir məsçidi qarşısında mitinq keçirməyə cəhd edəndə məsçidin rəhbərliyi onları oradan qovub və İD-in “radikal qrup” olduğunu elan edib. Əslində, hələ avqustun əvvəllərində bu regionda ən nüfuzlu müsəlman təşkilatı – Nəhdlətul Üləma İD-i bir təşkilat kimi pisləmiş və “radikallaşmaya qarşı” proqramını elan etmişdi.

İD Yaxın Şərqdə yeni ərazilər zəbt etməklə yanaşı, həm də İndoneziyada beyinləri və qəlbləri fəth etməyə çalışır. Son vaxtlarda İD indoneziyalıları təşkilata dəstək verməyə çağıraraq öz təbliğatını arxipelaq boyunca genişləndirib.

İD təbliğatını əsasən sosial media və yerli müsəlman qruplaşmalarından istifadə etməklə aparır.

Lakin hökumət İD-in təbliğatını qətiyyətlə önləyir.

Avqustun əvvəllərində hökumət İndoneziyanın ən mötəbər din xadimlərini İD-i pisləməyə dəvət edib və Youtube saytında cihadı təbliğ edən videoları bloklayıb.

Vəzifə müddəti başa çatmaqda olan prezident Susilo Bambang Yudhoyono İD-i qətiyyətlə pisləyib, təşkilatın ölkədəki fəaliyyətini qadağan edib və onu “İslamın üz qarası” adlandırıb. Hökumət İD-ə dəstək verməkdə şübhəli olanları həbs edib.

Avqustun sonlarında hökumət dünyanın ən böyük buddist abidəsi olan Borobudur ətrafında təhlükəsizlik tədbirlərini artırıb. Kəşfiyyat məlumatlarında bu abidəni İD-ə bağlı qrupların hədəfləyə biləcəyi söylənirdi. Sentyabrın 13-də İD-lə bağlı olduqları düşünlən 7 silahlı həbs edilib. Onlardan dördünün əcnəbi olduğu xəbər verilir.

İD-YƏ CƏMİ 60 İNDONEZİYALI QOŞULUB

Bir sözlə, indiyədək İndoneziya hökuməti cihadı buxovlamaqda heyrətamiz şəkildə uğurlu olub. Təkcə bunu demək kifatyətdir ki, İD sıralarında cəmi 60-dək indoneziyalı var.

Cənub-şərqi Asiyadan Qərbi Avropayadək hökumətlər öz vətəndaşlarının Suriya və İraqa səfər edərək cihada qoşulmasından narahatdırlar.

Məsələn, Britaniya hökumətinin təxminlərinə görə İD sıralarında döyüşən 500-dək Britaniya vətəndaşı var. Amerika jurnalistləri James Foley və Steven Sotloff-un cəlladının onların sırasında olduğu düşünülür.

Bəzi təxminlərə görə 300-dək Avstraliyalı Yaxın Şərq regionunda cihadçılara qoşulub. Dünya boyunca hökumətlər cihada qoşulmuş vətəndaşlarının döyüş meydanlarından qayıtdıqdan sonra öz öklələrində terrorçu aksiyalar törədəcəyindən ehtiyat edir və məhz buna görə də onları ciddi izləməklə məşğuldurlar.

250 MİLYON MÜSƏLMAN

İndoneziya potensial olaraq daha böyük təhlükədədir. Burada dünyanın ən böyülk – 250 milyon nəfərlik müsəlman icması yaşayır və İndoneziya əhalisində Pakistandan sonra ən böyülk əhali çoxluğunu 30 yaşdan gənc olanlar təşkil edir. İndoneziyalıların 80 faizinin internetə və social mediaya çıxışı var. Bu isə hazırda İD-in ən böyük təbliğat və səfərbərlik meydanlıdır.

Bundan əlavə İndoneziya özünün yerli radikalizmi ilə də mübarizə aparır. Yerli sünni islamçı qruplaşmalar ölkə boyunca müxtəlif terror aktları törədirlər. Bunlardan ən böyüyü 2002-ci ildə əksəriyyəti əcnəbilər olan 200 turistin həyatına son qoymuş Bali partlayışlarıdır.

Bu qruplaşmalar həmçnin dini azlıqlar üzərinə - kilsələrə, şiə məsçidlərinə və buddist məbədlərinə hücumlara görə məsuliyyət daşıyırlar. Bu kimi hücumların getdikcə artdığı xəbər verilir. Cakartada mənzillənmiş Setara Institutu dini zorakılıqları monitorinq edir və təşkilatın hesablamalarına görə təkcə 2013-cü ildə ölkədə dini zəminli 220 basqın baş verib. Halbuki 2007-ci ildə belə basqınların sayı 100-dən az idi.

İndi isə xüsusilə İD daha böyük potensial təhlükə mənbəyi hesab olunur. İyulun əvvəllərində yayılmış videoda Abu Muhammad al-Indonesi adlı birisi özünü cihadçıların sırasında olan döyüşçü kimi təqdim edərək həmvətənlərini müqəddəs müharibəyə qoşulmağa çağırırdı.

İyulun 14-də qəzetlər yazırdılar ki, tanınmış İndoneziya ekstremistlərindən Cəməa Ənşərüt Tövhid təşkilatının lideri Abu Bakar Bashir İD-ə sədaqət andı içib.

İndoneziyanın hüquq-mühafizə orqanları bildirirlər ki, son aylarda islamçı qruplaşmalar ölkə boyunca İD-in adından fəal səfərbərlik işi aprırlar. Adının çəkilməsini istəməyən yüksək rütbəli polis zabiti mətbuata bildirib ki, İD son vaxtlarda fond toplamaq üçün ölkənin 50 şəhərində tədbirlər keçirib.

Bununla belə, avqustun əvvəllərindən bəri hökumət İD-in artmaqda olan populyarlığına qarşı ciddi tədbirlər görür. Ölkə boyunca İD fəalları və təşkilata bağlı olanlar həbs edilir, Youtube kimi saytlarda onlara aid olan videolar bloklanır.

Bundan əlavə məsçidlərdə və ölkənin dini internat tipli məktəblərində xüsusi təlim proqramları tətbiq olunur. Bu təlim dərslərində gənc müsəlmanlara İD-i müəyyən etmək və yaxına buraxmamaq üçün tövsiyələr verilir.

Dini İşlər Nazirliyi əsas müsəlman təşkilatları liderlərinin İD-ə qarşı təbliğat səfərbərliyini təşkil edir.

Ölkənin ən yüksək dini hakimiyyət orqanı olan İndoneziya Üləmalar Şurasının sədri doktor Din Syamsuddin İD-i kəskin tənqid edərək bildirib ki, Quranda müsəlmanlardan xilafət yaratmağı tələb edən müddəa yoxdur.

Başqa bir tanınımış ruhani xadim - Muhammad Iqbal Bahari deyib ki, İD bir din kimi İslamı təhlükə altında qoyur və bu təşkilata İndoneziyada yer olmamalıdır.

Ekspertlər qeyd edirlər ki, bir çox müsəlman ölkələrindən fərqli olaraq İndoneziyada gənclər nüfuzlu ruhanilərin tövsiyələrinə əməl etməyə meyllidirlər.

Bu yaxınlarda ölkənin İslam Müdafiəçiləri Cəbhəsi (Islamic Defenders Front) adlı radikal təşkilat İD-ə müxalif olduğunu bildirib və bəyan edib ki, “müsəlman qardaşların” qətl olunması əleyhinədir.

İD DƏ FƏALDIR

Bununla belə, İndoneziyada İD təhlükəsi kifayət qədər hiss olunandır və onun təbliğatı adalarda getdikcə daha çox genişlənir.

Lakin hökumət belə düşünmür. Cakarta rəsmiləri inanırlar ki, İD-in qadağan edilməsi artıq öz təsirini göstərməkdədir.

Onlar diqqəti belə bir məqama çəkirlər ki, yerli radikallar indi getdikcə daha çox hallarda İD-lə bağlı olmadıqlarını bəyan etməyə tələsirlər.

Hökumət isə əmindir: “İndoneziyada İD olmayacaq”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG