Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:47

Almaniyada ənənəvi pivə festivalı-Oktoberfest başlanıb


Dünyanın ən məhşur pivə festivalı olan Oktoberfest başlayıb.

181-ci Oktoberfest bu dəfə sentyabrın 20-dən başlanıb. Hər il Sentyabrın son həftəsindən başlayaraq 16 gün davam edir. Festival hər il Münxenin merinin böyük pivə çəlləyinə kran taxması ilə başlayar. Bu il də Münxendə keçirilən festivalın açılışında şəhərin meri Dieter Reiter iştirak edib. O Oktoberfest formasını geyərək Schottenhamel çadırında pivə çəlləyinin kran vurub və ilk pivə dolu parçı Bavariyanın baş naziri Horst Seehoferə verib. Beləcə 181-ci Oktoberfest- pivə festivalı start götürüb.

Dieter Reiter açılış mərasimində hər kəsə dinc Oktoberfest arzulayıb. Hər il bu festivala dünyanın hər yerindən 6 milyona yaxın turist gəlir.

XS
SM
MD
LG