Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:19

Son 24 saatda Suriyadan Türkiyəyə 70 min kürd qaçıb


Son 24 saatda Suriyadan təxminən 70 min etnik kürd Türkiyəyə keçib. Bunu BMT-nin Qaçqınlar üzrə komissarlığı bildirir.

Türkiyə hakimiyyəti və BMT-nin Qaçqınlar üzrə komissarlığı yaxın bir neçə gündə Suriyadan yüz minlərlə kürdün Türkiyəyə gələcəyinə hazırlaşır.

İslam Dövləti yaraqlılıarı isə Suriyada Kobane şəhərinə yaxınlaşır. Burda Suriyanın başqa yerlərindən olan 200 min qaçqın var. Kobanenin öz əhalisinin əksəriyyəti kürdlərdir.

Türkiyə qaçqınların gəlişi ilə bağlı iki qaçqın düşərgəsinin tikintisini sürətləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG