Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:50

İran Azərbaycana və Rusiyaya Qəzvin-Rəşt-Ənzəli-Astara dəmiryolunu başa çatdırmaq təklifini verir


İran təklif edir ki, 3 ölkə - Azərbaycan, Rusiya və İran Qəzvin-Rəşt-Ənzəli-Astara dəmiryolunun tikintisini baş çatdırsınlar.

Nazir deyib ki, tikintinin baş çatdırılmasına bir neçə il vaxt gedəcək və hələlik nəqliyyat xətti 2 variantda həyata keçirilə bilər.

Bir variant “Azərbaycanın dəmiryolunun İran Astarasınacan davam etdirilməsidir. Azərbaycan bununla öz dəmiryolunu 8 km uzadacaq. Azərbaycan malları İran Astarasına gələ biləcək.”

Nazirin fikrincə, burdan sonra mallar yük maşınları ilə Qəzvinə gətirilə, Qəzvindən isə Bəndər Abbasa dəmiryolla daşına bilər.

İkinci variant 40 km-lik Rəşt-Ənzəli dəmiryolunun çəkilişidir.

Azərbaycan malları bu halda Ənzəli limanına çatdırılır, burdan isə dəmiryolla Bəndər Abbasa daşınır.

Günün bütün mövzuları

XS
SM
MD
LG