Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:34

Türkiyə İraqda girovluqda olan 48 Türkiyə vətəndaşını azad edib


İslam Dövlətinin Türkiyənin Mosuldakı baş konsulu və onunla bərabər girov götürdüyü 48 türk azad edilib. Bunu Türkiyənin baş naziri Ahmet Davutoglu bildirib.

Baş nazir Azərbaycandakı səfərini yarımçıq kəsərək Şanlıurfaya yola düşüb. Davutoglu azad edilmiş əsirlərlə birgə Anakaraya gəlib. Sentyabrın 20-də baş nazir açıqlama verib:

“Bu gecə səhərəyaxın vətəndaşlarımızı aldıq və ölkəmizə gətirdik. Biz bütün prosesi gecə boyu izləmişik.”

Baş nazir əsirlərin Türkiyə kəşfiyyatının öz “xüsusi yolları” ilə azad edildiyini bildirib.

İraqın Mosul əyalətindəki Türkiyənin baş konsulu və 48 türk 101 gün girovluqda qalıb

Günün bütün mövzuları

XS
SM
MD
LG