Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:37

NATO: "Rusiya qüvvələri hələ də Ukraynadadır"


Sentyabrın 20-də NATO-nun hərbi komandiri Rusiya qüvvələrinin Ukraynadan çıxmadığını bildirib. Eyni zamanda o qeyd edib ki, bu davranış atəşkəsin şərtlərini tapdalamaq olsa da, yeni sülh planı irəliləyişə gətirəcək.

ABŞ generalı Philip Breedlove Litvada jurnalistlərə açıqlamasında deyib ki, Rus qoşunları hələ də Ukraynadadır, ancaq onların sayını müəyyən etməyiblər. Philip Breedlove bildirib ki, sentyabrın 5- dəki razılaşma “yalnız adı atəşkəs”dir.

O, son 3 gündə zorakılığın səviyyəsi, qoşunların açdığı atəşin elə atəşkəsdən əvvəlki dövrdəki qədər olduğunu deyib.

ABŞ generalı sentyabrın 20-də Ukrayna qoşunları və Rusiyayönlülər arasında neytral zonanın yaradılması haqqında razılaşma bölgədəki durumu sabitləşdirəcəyinə ümid etdiyini deyib

Günün bütün mövzuları

XS
SM
MD
LG