Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:33

Saakashvili: «Mən ev tikdim – Gürcüstanı, onlar buna həbs qoydular»


Mikhail Saakashvili
Mikhail Saakashvili

-

Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili vətənində yaxınlarının əmlakına həbs qoyulmasına «facebook» profilində cavab verib.

O, Ukraynanın istefaya göndərilmiş prezidenti Yanukovych-in evinin şəkillərini paylaşaraq yazıb ki, «kimə korrupsiyaya uğramış prezidentin evinin necə göründüyü maraqlıdırsa, Yanukovych-in evinə baxsın».

Hazırda ABŞ-da olan Saakashvili növbəti statusunda yazıb: «Mən ev tikdim – Gürcüstanı və onlar buna həbs qoydular».

Tbilisi şəhər Məhkəməsi Saakashvili və onun bəzi ailə üzvlərinin evinə və maşınlarına həbs qoyub. O, məsrəfçilikdə ittiham olunur.

XS
SM
MD
LG