Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:10

-

Sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni loqotipinin təqdimat mərasimini keçirib.

apa-nın məlumatına görə, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov bildirib ki, yeni loqotip daha mütəhərrik forma, aydın obrazları ilə şirkətin dünya miqyasında effektiv fəaliyyət qurmasına və tanınmasına xidmət edəcək.

«2006-cı ildən ARDNŞ imkan, təcrübə və infrastruktur baxımından artıq tamamilə başqa bir şirkətə çevrilib. ARDNŞ artıq dünyanın tanınan, sayılan və seçilən neft-qaz şirkətlərindən biridir. Şirkətin Gürcüstan, Türkiyə, İsveçrə, BƏƏ və başqa ölkələrdəki aktivləri, zavodları, kəmərləri, terminalları, limanları üzərində Azərbaycanın üçrəngli dövlət bayrağı dalğalanır, SOCAR brendi ilə çalışır. Yeni loqotip alov simvolu üzərində qurulub. Atəşpərəstlik, alova sitayiş Azərbaycan tarixinin bir hissəsidir. Alov - işıq, ümid, sülh və inkişaf rəmzidir. ARDNŞ-in inşası başa çatmaqda olan yeni inzibati binası da alov formasındadır. Yeni loqotip də Azərbaycanın dövlət bayrağının rənglərini əks etdirir. Göy, qırmızı, yaşıl rəngli alov dilləri simvolu ilə bu loqotip Azərbaycanı beynəlxalq arenada müasir, sevilən, bir ölkə kimi təbliğ etməyə daha geniş imkan yaradacaq», - deyə X. Məmmədov əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG