Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:57

Avropa Məhkəməsi Bakıda aksiyalara görə cərimələnənlərin şikayətini araşdırır


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

-

Avropa İnsan Hüquqları Məhkəməsi 2013-cü ilin yanvar-mart aylarında Bakıda keçirilən aksiyalarda iştirakına görə tutulan və məhkəmə qərarları ilə cərimələnən 10 nəfərin şikayəti üzrə kommunikasiyalara başlayıb.

Bu barədə AzadlıqRadiosuna hazırda həbsdə saxlanan hüquqşünas İntiqam Əliyev məlumat verib.

İntiqam Əliyev ictimai fəallar Aqil Əliyevin, Nərgiz Yaqublunun və Ramin Hacılının hüquqlarını müdafiə edir.

Bundan başqa, Avropa Məhkəməsində Xədicə İsmayılova, Səxavət Mehdiyev, Azər Sadıqov, Osman Əhmədov, Cəmil Hacıyev, Gözəl Bayramlı və Cavid Qarayevin də şikayətləri üzrə kommunikasiyalara da start verilib.

Şikayətçilər bu il yanvarın 12-si və 26-sı və martın 10-da rəsmi icazə verilməyən dinc xarakterli toplantılarda iştiraklarına görə polis tərəfindən saxlanıblar. Onların barəsində inzibati xəta haqqında protokol tərtib edilib və məhkəməyə veriliblər.

İddiaçılar öz ərizələrində bildiriblər ki, saxlanma səbəbləri barədə dərhal məlumatlandırılmayıblar. Bundan başqa, onlara imkan yaradılmayıb ki, yaxınlarına tutulmaları barədə məlumat versinlər. Şikayətçilər ərizələrində göstəriblər ki, onlara vəkil xidmətindən istifadə imkanı yaradılmayıb, öz müdafiəsini hazırlamaq üçün məhkəmə qarşısında yetərincə vaxt verilməyib.

İddiaçılar məhkəmədə şahid qismində yalnız polis əməkdaşlarının dəvət edilib dindirilməsini də hüquqlarının pozulması kimi qiymətləndirib.

Avropa Məhkəməsi Azərbaycan hökumətinə sualları cavablandırmaq üçün yanvarın 19-na kimi vaxt verib.

XS
SM
MD
LG