Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:38

ABŞ-dan İlham Əliyevə məktub: «Münasibətlərimiz üç sütuna dayanır»


John Kerry

John Kerry

-

ABŞ-ın dövlət katibi John Kerry Azərbaycanı «Əsrin Kontraktı»nın imzalanmasının 20 illik ildönümü ilə əlaqədar prezident İlham Əliyevə təbrik məktubu göndərib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, dövlət katibi məktubunda yazır ki, «son 20 ildə «Birləşmiş Ştatlar enerji ehtiyatlarının inkişafına, Avropa və dünyanın enerji təchizatına töhfə vermək üçün səy göstərən və həmçinin güclü, müstəqil dövlətə çevrilən Azərbaycanla hərtərəfli» tərəfdaşlıq edib:

«Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə də vacib rol oynayaraq Avropa bazarlarına əlavə enerji təchizat marşrutlarını təmin edəcək və bölgənin enerji təhlükəsizliyini möhkəmləndirəcək».

Kerry məktubunda insan haqlarının müdafiəsi, demokratiya vacibliyini də vurğulayır:

«Azərbaycan 96 il öncə ümumbəşəri demokratik dəyərlərə sadiqlik göstərən ilk müsəlman dövləti olaraq insan haqları və əsas azadlıqlar sahəsində lider rolunu oynamışdır. Demokratik inkişaf sayəsində Azərbaycan sözügedən lider dövlət rolunu özünə qaytara bilər. Bizim münasibətlərimizin qərarlaşdığı üç sütun – təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq, və nəhayət demokratiya və vətəndaş cəmiyyətinin inkişafı Azərbaycanın daha güclü, daha sabit və daha tərəqqili olması üçün mühümdür».

Günün bütün mövzuları

XS
SM
MD
LG