Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:31

-

«Növbəti illərdə bütün layihələr üzrə Azərbaycan Dövlət Neft Fonduna 200 milyard dollara yaxın vəsaitin daxil olması gözlənilir».

apa-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov deyib ki, fonda ötən dövr ərzində 105 mlrd. dollardan çox vəsait daxil olub. O, əlavə edib ki, hazırda fondda 37 mlrd. dollardan çox vəsait var.

Onun dediyinə görə, indiyə qədər Fondun vəsaitləri qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Tbilisi-Qars dəmiryolunun maliyyələşdirilməsinə, Oğuz-Qəbələ su kəmərinin, Taxtakörpü su anbarının tikintisinə, Samur-Abşeron kanalının yenidən qurulmasına, tələbələrin xarici ölkələrin universitetlərində oxumasına yönəldilib.

Ş.Mövsümov onu da qeyd edib ki, Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi Fondun vəsaiti hesabına həyata keçiriləcək:

«Bu maliyyələşdirmə həm Azərbaycanın dövlət payının maliyyələşdirilməsi, həm də ARDNŞ-in nizamnamə kapitalının artırılması ilə həyata keçiriləcək. Biz əminik ki, bu vəsaitlər səmərəli istifadə olunacaq, Cənub Qaz Dəhlizi işə salınacaq və bu vəsaitlər əldə olunan gəlirlər hesabına Neft Fonduna qaytarılacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG