Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:58

Obama şotlandiyalıların qərarını alqışlayıb


Barack Obama
Barack Obama

ABŞ prezidenti Barack Obama Şotlandiyalıların Birləşmiş Krallıqda qalmağa səs verməsini alqışlayıb.

Obama təbrik məktubunda yazır ki, bizim Böyük Britaniyadan daha yaxın müttəfiqimiz yoxdur və səbirsizliklə Böyük Britaniya və Şimali İrlandiya ilə möhkəm və xüsusi münasibətlərimizin davam etdirilməsini gözləyirik.

Şotlandiya sakinləri sentyabrın 18-də keçirilən referendumda Böyük Britaniyanın tərkibində qalmağa səs verib.

Seçicilərin 53,3 faizi Krallığın tərkibində qalmağa, 44,7 faizi isə müstəqilliyə səs verib.

XS
SM
MD
LG