Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:03

-

Böyük Türkmən şairi Məxdumqulu Fəraqinin 290 illik yubileyi münasibəti ilə şairin Bakıda şeirlər toplusu--divanı nəşr ediləcək.

AMEA Əlyazmalar İnstitutundan AzadlıqRadiosuna verilən xəbərə görə, divanın hazırlanmasına yardım üçün Türkmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Raxmanberdi Qodarov və TEA Milli Əlyazmalar İnstitutunun mətnşünaslıq bölməsinin müdiri Rəhməmmət Kurenov Əlyazmalar İnstitutuna gəliblər.

TÜRKSOY 2014-cü ili “Türkmən şairi Məhdimqulu ili” elan edib.

Məxdumqulu 1733-cü ildə doğulub, 1797-ci ildə vəfat edib “Fəraqi” təxəllüsü ilə şeirlər yazıb.

Onun yaradıcılığı türkmən ədəbiyyatının inkişafında mühüm mərhələ sayılır.

Şairin kitabları Azərbaycanda da nəşr olunub.

“Dünya ədəbiyyatı klassikləri” seriyasından Məxdumqulunun 5 kitabı işıq üzü görüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG