Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:51

Fransanın hərbi hava qüvvələri İraqdakı İslam Dövləti yaraqlılarının mövqelərinə ilk zərbələri endirib.

Fransa Prezident Administrasiyasından verilən məlumata görə, nəticədə İraqın Şərqində yaraqlılara məxsus silah və sursat anbarları dağıdılıb.

Yaxın günlərdə zərbələrin davam etdiriləcəyi gözlənilir.

Fransa bu mübarizədə ABŞ-ın rəhbərlik etdiyi missiyaya qoşulan ilk ölkədir.

Fransa həmçinin yaraqlılara qarşı mübarizə aparan kürd birləşmələrinə silah göndərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG