Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:14

Milli Azərbaycan Tarixi Muzeyi Praqada sərgi açacaq


Praqa,Naprstek muzeyi
Praqa,Naprstek muzeyi

-

AMEA Milli Azərbaycan Tarixi Muzeyi ilə Çexiya Respublikasının Milli Muzeyi arasında bağlanan müqaviləyə əsasən, 2014 – cü il noyabrın 20-dən 2015-ci il fevralın 15-dək Praqadakı Asiya, Afrika və Amerika mədəniyyəti – Naprstek muzeyinin sərgi salonunda “Azərbaycan: möcüzəli odlar yurdu” adlı beynəlxalq sərginin keçirilməsi nəzərdə tutulub.

AMEA-nın yaydığı xəbərə görə, bu haqda qərar Rəyasət Heyətinin 17 sentyabr 2014-cü il tarixli iclasında qəbul olunub.

İclasda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 243 eksponatının beynəlxalq sərgidə nümayişi ilə əlaqədar mədəniyyət sərvətlərinin Azərbaycandan çıxarılması üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi qarşısında vəsatət qaldırılıb.

Sərgidə “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi ilə əlaqədar nümayişin təşkil olunması da qərara alınıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG