Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:21

“Milli Elmlər Akademiyasına seçkilərklə bağlı elan hələ 2012-ci ilin fevralında verilmişdi. O vaxt müəyyən səbəblərdən seçkilər təxirə salındı. Bu ilin mart ayında yeni elan verildi və iyunun 30-da seçki başa çatdı. Yəni sonuncu seçki təqribən 2 il yarım çəkdi. Bu da Nizamnamənin kobud şəkildə pozulmasıdır”.

Tanınmış fizik Elman Şahverdiyev Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) keçirilən son seçkilərdən narazı qalıb.

Alim prezidentə məktub yazaraq seçkilərin nəticələrinin ləğv edilməsini istəyib.

AzadlıqRadiosunun “Qaynar xətt”inə danışan alim bildirir ki, AMEA-ya müxbir və həqiqi üzvlərin seçilməsi ilə bağlı keçirilən son seçki saxtakarlıqla keçib:

"LAYİQ OLMAYAN NAMİZƏDLƏR SEÇİLDİ"

“Seçkilərdə layiqli olmayan namizədlər yer tutdu, seçki “yuxarı”dan gələn siyahı əsasında keçirildi. Bu, artıq bir adət halı alıb. AMEA-da seçkilər hər dəfə Prezident Administrasiyasından gələn təyinat siyahısı üzrə keçirilir. Bu dəfə hətta əlavə yerlər üzrə də siyahı göndərilmişdi”.

Elman Şahverdiyev fizika üzrə müxbir üzvlüyə namizəd olub:

“Baxmayaraq ki, elmi işlərinə sitatların sayı, Hirş indeksim bütün elm sahələri üzrə AMEA-da ən yüksəkdir, mən kənarda qaldım”.

Alimin finrincə, Prezident Administrasiyasının təyinat siyahısı elmin inkişafına yox, əksinə, onun tənəzzülünə yönələn bir addımdır:

“Çünki bu təyinatlar elmdə ən yüksək rütbələrin layiq olmayanlara verilmiş hədiyyədir. AMEA-da çalışan onlarla istedadlı alimə mesajdır ki, biz elmi nailiyyətləri sivil dünyada qəbul olunan qaydalara görə yox, öz şəxsi istəyimizə görə, bizə sərf edən formada qiymətləndiririk”.

"TƏKRAR SEÇKİ KEÇİRİLSİN"

Elman Şahverdiyev seçkilərin AMEA Nizamnaməsinə uyğun keçirilmədiyini nəzərə alaraq seçkilərin ləğv edilməsini, yeni seçkilərin keçirilməsini tələb edir.

Elman Şahverdiyev 1997-ci ildən fizika-riyaziyyat elmləri doktorudur. AMEA Fizika İnstitutunda laboratoriya rəhbəridir. Dinamik sistemlərdə xaosun idarə olunması problemləri ilə məşğul olur.

Milli Elmlər Akademiyasından alimin ittihamlarını cavablandıran olmayıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG