Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:35

«Çölçü» filmi Cakartaya gedir


-

Rejissor Şamil Əliyevin «Çölçü» filmi «International Movie Awards-2014» beynəlxalq kinofestivalının müsabiqəsində iştirak etmək üçün dəvət alıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, festival sentyabrın 24-də İndoneziyanın Cakarta şəhərində keçiriləcək.

«Platinum awards» və «Gold awards» bölümlərində keçiriləcək müsabiqədə bədii, qısametrajlı, sənədli filmlər göstəriləcək.

Seçim turunun əsas mərhələsinə dünya kinosundan 44 film keçib. «Çölçü» filmi «Platinum awards» bölümündə yarışacaq.

Müsabiqənin məqsədi möhtəşəm kino ideyalarının yarışmasına, mübadiləsinə və inkişafına, yeni istedadların üzə çıxmasına imkan yaratmaqdır.

«Çölçü» bədii filmi indiyədək 22 beynəlxalq kinofestival və forumlarda iştirak edərək mükafat və diplomlara layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Azərbaycanfilm» kinostudiyasında istehsal olunmuş «Çölçü» filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirovİbrahim Aminovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG