Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:43

Xarici dilləri, musiqi alətində ifanı uşaqlara 4 yaşınacan öyrədin!..


-

Bu kitabın müəllifi, yapon mütəxəssis Masaru İbuko hesab edir ki, balaca uşaqlar hər şeyi öyrənməyə qadirdirlər.

Böyüklərin çətinliklə mənimsədiklərini uşaqlar asanlıqla, oynaya-oynaya öyrənirlər.

Məsələn, xarici dil öyrənmək. Məktəb yaşlarında artıq bunu eləmək uşaq üçün çətinləşir, 4 yaşınacansa, o, xarici dili çox asanlıqla, “özü də bilmədən” öyrənir. Yaxud musiqi alətində ifa. Məktəb yaşınacan bunu öyrənmək uşaqlar üçün daha asandır.

Kimlərsə bu fikirdədir ki, uşağın uşaqlıq dövrünü onun əlindən almaq olmaz, o mütləq oyuncaqlarla oynamalı, nağıllara qulaq asmalıdır. Bu kitabın müəllifi isə düşünür ki, uşaqları Rafaelin, Mikelancelonun əsərləri ilə lap erkən yaşlarından tanış etmək lazımdır.

Sadəcə valideynlər bunun yolunu və vaxtını bilməlidirlər. “Qanun” nəşriyyatının çap etdiyi bu kitab kiçik uşaqlarının qarşısında yeni, gözəl imkanlar açmaq istəyən bütün analara və atalara ünvanlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG