Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:58

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) AzadlıqRadiosunun jurnalisti Artan Haraqija-ya ölüm hədələrini pisləyir. Jurnalist Kosovoda radikal islamçı qruplarla bağlı materiallar hazırlayırdı.

ATƏT-in Kosovo missiyasının rəhbəri Jean-Claude Schlumberger sentyabrın 18-də Priştina hakimiyyətini çağırıb ki, Haraqija və Kosovadakı digər jurnalistləri hədələyənləri məsuliyyətə cəlb etsin.

Həm də Indeksonline saytı üçün işləyən Haraqija sentyabrın 16-da “Rubikon” Kosovo Tv proqramına çıxandan sonra yenə ölümlə hədələnib.

Haraqija Kosovonun radikal müsəlmanları barədə “GazetaExpress”-in jurnalistin Visar Duriqi ilə birgə reportaj üzərində işləyib. Duriqi də ölümlə hədələnib.

Sentyabrın 15-də polis Kosovonun 15 müsəlman liderini saxlayıb. Onların Al-Qaeda və İslam Dövləti (İD) yaraqlı qrupu üçün üzvlər topladığı iddia olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG