Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:09

Şotlandiyada "Yox” düşərgəsi üstünlükdədir


Foto (Arxiv)
Foto (Arxiv)

İlkin nəticələr qəti şəkildə müstəqlliyə “yox” deyən düşərgənin qələbəsini göstərib.

-

Britaniyanın Şotlandiya əyalətinin müstəqililyinə dair referendumda səslərin sayılması davam etsə də, ilkin nəticələr qəti şəkildə müstəqilliyə “yox” deyən düşərgənin qələbəsini göstərib.

Şotlandiyanın Qlazqo şəhərində müstəqillik tərəfdarları 53-47 faiz nisbətində qalib gəlsələr də, əksər seçki dairələrində “Yox” düşərgəsi üstünlük qazanıb.

London vaxtı ilə səhər saat 5:14-də açıqlanan rəsmi BBC proqnozunda Şotlandiyanın müstəqilliyə “yox” dediyi elan edilib.

Bununla belə, ümumilikdə “yox” və “hə” səslərinin arasındakı fərq 200 mindən bir qədər çoxdur.

Bu, Şotlandiya cəmiyyətinin müstəqillik barəsində fikirlərin az qala bərabər iki hissəyə bölündüyünü göstərir.

Təhlilçilərin fikrincə, Britaniyanın bütövlüyünün qorunmasına səbəb son anda ölkənin bütün siyasi partiyalarının güclü həmrəy mövqedən çıxış etməsi olub.

DAHA GENİŞ MUXTARİYYAT VƏDİ

Hakimiyyətdə olan mühafizəkarlar və liberal-demokratlar, habelə müxalif leyboristlər yaxın gələcəkdə Şoptlandiyaya daha geniş muxtariyyət vəd ediblər.

Bu da qeyd olunmalıdır ki, müstəqillik əleyhinə ən çox səs Şotlandiyanın BP-nin baş qərargahı yerləşən Aberdin də daxil olmaqla neft sənayesinin cəmləşdiyi regionlarda qeydə alınıb.

Referendum ərəfəsində BP başda olmaqla, bir çox iqtisadiyyat nəhəngləri Şotlandiya müstəqil olarsa, əyaləti tərk edəcəklərini bildirmişdilər.

Bu da qeyd olunmalıdır ki, referendum öncəsi verilən rəy sorğularının nəticələri az qala dəqiq nisbətdə doğrulub.

Başqa bir əhəmiyyətli fakt budur ki, Şotlandiya referendumu səs verənlərin sayına görə müharibədən sonrakı dövrdə Britaniya üçün rekord olub.

Referendumda elektoratın 87 faizindən çoxu iştirak edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG