Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:08

Obama Poroshenko ilə görüşür, Rusiya işğalını pisləyir


Petro Poroshenko, Barack Obama

Petro Poroshenko, Barack Obama

-
ABŞ prezidenti Barack Obama Ağ Evdə Ukrayna prezidenti Petro Poroshenko ilə görüşüb. Sentyabrın 18-də Oval Ofisdə danışan Obama “Rusiyanın əvvəlcə Krımı, bu yaxınlarda isə Ukraynanın şərqində ayrı-ayrı hissələri işğal etməsini” pisləyib.

Obama Poroshenko-nun Ukraynaya rəhbərliyi alqışlayıb, deyib ki, bu rəhbərlik “Ukrayna tarixində çox mühüm bir məqamda vacib olub”.

Obama deyib ki, Birləşmiş Ştatlar Ukraynaya ölkənin üzləşdiyi böhranın diplomatik həllini tapmaqda kömək edəcək.

Poroshenko Birləşmiş Ştatların Ukraynana göstərdiyi “nəhəng” dəstəyə görə Obamaya təşəkkürünü bildirib.

Poroshenko bildirib ki, o, Obama ilə enerji məsələsi müzakirə edib. Onun sözlərinə görə, gələn həftə ABŞ “komandası” Ukraynada olacaq, ölkənin enerji durumunu və gələn qışla bağlı ehtiyaclarını öyrənəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG