Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:42

«Qarabağ»ın Avroliqada ilk xalı


«Qarabağ»
«Qarabağ»

-

Sentyabrın 18-də Avropa Liqasının qrup mərhələsinin oyunlarına start verilib.

Azərbaycanın yeganə təmsilçisi «Qarabağ» da qrupda ilk oyuna çıxıb.

F qrupunda mübarizə aparan komanda öz meydanında Fransanın «Saint Etienne» klubu ilə qarşılaşıb.

Çoxsaylı qol epizodları yaratmasına baxmayaraq, Ağdam təmsilçisi rəqib qapısına yol tapa bilməyib – 0:0.

Qrupun digər oyununda Ukraynanın «Dnepr» klubu İtaliyanın «Inter» komandasını qəbul edib. Matç qonaq komandanın minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1.

F qrupu

OX

«Inter» (Milan)

13

«Saint Etienne»

11

«Qarabağ»

11

«Dnepr»

10

Oktyabrın 2-də «Qarabağ» İtaliyada «Inter»lə oynayacaq.

XS
SM
MD
LG