Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:01

Avropa Parlamenti Azərbaycanda insan haqlarının vəziyyətini kəskin tənqid edir


Avropa Parlamenti Strasburqda keçirilən plenar sessiyasında Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti kəskin tənqid edib.

AP sentyabrın 18-dəki müzakirələrdən sonra Azərbaycanı insan haqları sahəsində islahat aparmağa çağırıb.

AP Azərbaycan hakimiyyətini insan haqları islahatlarını dərhal həyata keçirməyə, vətəndaş cəmiyyəti təşkilatlarının, müxalifət siyasətçilərinin və müstəqil jurnalistlərin qısnanmasına son qoymağa, Bakı şəhərində ictimai toplantıların keçirilməsi üzərindəki qadağanı qaldırmağa çağırıb.

AP deputatları Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov, İnqtiqam Əliyev və Həsən Hüseyninin həbsini və tutulub saxlanmasını pisləyib və onların dərhal və qeyd şərtsiz azadlığıa buraxılmasını tələb edib.

AP-nin qəbul etdiyi qətnamədə deyilir ki, Strateji Modernləşdirmə Tərəfdaşlığına dair Azərbaycanla danışıqlarda insan haqlarının müdafiə olunması şərt kimi qoyulmalıdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Avropa Parlamentinin Azərbayvanda insan haqlarının vəziyyətinə dair 18 sentyabr tarixli qətnaməsini “qərəzli” adlandırıb.

XİN-in bəyanatında bildirilir ki, “Azərbaycanda qanunun aliliyi, insan hüquqlarının qorunması, ifadə və sərbəst toplaşmaq azadlığı və məhkəmə sisteminin müstəqilliyi tam şəkildə təmin olunub. Siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə olunmur”.

“Azərbaycana qarşı məqsədyönlü şəkildə yürüdülən siyasi sifariş və ikili standartlardan qaynaqlanan bu qətnamə Avropa Parlamenti daxilində Avropa İttifaqının özünün təməl maraqlarına zidd fəaliyyət göstərən qüvvələrin mövcudluğuna dəlalət edir

Günün bütün mövzuları

XS
SM
MD
LG