Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:30

İpsos-MORİ-nin son sorğusunda müstəqillik əleyhdarları qabaqdadır


Sentyabrın 18-də İpsos-MORİ sorğu mərkəzi Şotlandiyada referendumdan qabaq son sorğunun nəticələrini elan edib. Müstəqilliyin əleyhinə olanlar 53 faiz, müstəqillik tərəfdarları 47 faizdir.

İpsos-MORİ bu sorğunu telefonla 991 seçici arasında keçirib və bildirir ki, xəta 3 faiz ola bilər.

Şotlandiyadan uzaqlarda da referendum hamını maraqlandıran məsələyə çevrilib.

Milanda moda şousundan sonra məşhur dizayner Giorgio Armanidən soruşublar ki, o, Şotlandiyanın müstəqilliyinə tərəfdardırmı? Armani əvvəlcə cavab vermək istəməyib, sonra deyib ki, o,müstəqilliyə tərəfdardır.

XS
SM
MD
LG