Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:29

Krım tatarlarının məclis binası əllərindən alınır


Rusiya hakimiyyəti Krım tatarlarının Milli Məclisinin binasını tutub. Binaya gələn 15 məhkəmə qərarı icraçısı bildirib ki, Simferopol məhkəməsinin qəraraı ilə Krım Fonduna məxsus bütün vəsait, bank hesabları, o cümlədən Məclis binası müsadirə olunur.

Ancaq Krım Tatarları Qurultayının sədri Zair Smeldyayev sentyabrın 18-də jurnalistlərə deyib ki, sentyabrın 22-nə kimi heç kim onları binadan çıxarda biıməz. Həmin gün binadan çıxarma barədə məhkəmə dinləməsi olmalıdır.

Bundan sonra məhkəmə qərarı icraçıları binadan adamları çıxartmadığına görə Krım fondunun sədri Riza Shevkievi 50 min rubl və ya 1300 dollar cərimə ediblər və bildirilib ki, gecə yarıya qədər bina boşaldılmalıdır.

Krım tatarlarının əksəriyyəti həftəsonu Rusiyada keçirilən yerli seçkiləri boykot etmişdi. Bundan sonra Krım tatarlarına Rusiya hakimiyyətinin təzyiqləri artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG