Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:43

Hakimliyə namizədlər imtahan veriblər


Oktyabrın 1-də Bakı İdman Sarayında Hakimlərin Seçki Komitəsi və Tələbə Qəbulu üzrə Dövlət Komitəsi (TQDK) hakim vəzifəsinə namizədlər arasında test imtahanı keçirmişlər.

Ötən il başlanılmış seçim nəticəsində 55 nəfər test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək yekun müsahibəyə vəsiqə qazanmışlar. Hakim kadrlarına olan ehtiyac nəzərə alınaraq cari ildə də bu vəzifəyə namizədlərin sənədləri qəbul edilmişdir. 704 nəfər öz namizədliyini irəli sürmüşdür.

TQDK sədri Məleykə Abbaszadə prosedur qaydalarını izah etmişdir.

Sonra Hakimlərin Seçki Komitəsi tərəfindən hazırlanmış 1000-dən çox test sualları bankından təsadüfi rəqəmlər yolu ilə 10 variantda sual blokları seçilmişdir. Hakimliyə namizədlər bu sual bloklarından birini seçmiş və o, yerindəcə kitabça şəklində çoxaldılaraq namizədlərə paylanmışdır. Dörd saat davam edən imtahanın nəticələri proses başa çatdıqdan dərhal sonra optik oxuyucu qurğu vasitəsilə yoxlanılmış, nəticələr yerindəcə elan olunmuş, mətbuata verilmiş və internetdə yerləşdirilmişdir.

İmtahan prosesinin bütün mərhələləri -- sualların seçilməsi, test sualları kitabçasının çapı, cavabların təxirəsalınmadan yoxlanılması bilavasitə imtahan keçirilən yerdə namizədlərin, 34 beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından 40-a yaxın müşahidəçinin, kütləvi informasiya vasitələri nümayəndələrinin gözü qarşısında həyata keçirilmişdir.


XS
SM
MD
LG