Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:26

İntiqam Əliyevin apardığı daha 3 iş Avropa Məhkəməsində kommunikasiyaya götürülüb


İntiqam Əliyev

İntiqam Əliyev

Hüquq müdafiəçisi İntiqam Əliyevin Avropa İnsan Haqları Məhkəməsinə təqdim etdiyi daha 3 iş üzrə Azərbaycan hökuməti ilə kommunikasiyaya başlanıb. Bu haqda AzadlıqRadiosuna İntiqam Əliyevin vəkilləri məlumat verib.

Hər üç iş 2010-cu il parlament seçkiləri ilə bağlıdır. Bu işlər 79 saylı İmişli Seçki Dairəsi üzrə Tariyel Şirinlinin, 11 saylı Qaradağ Seçki Dairəsindən Bəybala Əbilin və 43 saylı Sumqayıt Seçki Dairəsi üzrə İbrahim Əhmədzadənin şikayətləri üzrədir. Tariyel Şirinli və İbrahim Əhmədzadənin şikayətləri namizədliklərinin qeydə alınmasından imtinaya, Bəybala Əbilovun şikayəti isə qeydə alınmış namizədliyinin ləğvinə görədir. Avropa Məhkəməsi Azərbaycan hökuməti qarşısında qoyduğu sualları cavablandırmaq üçün dekabrın 18-inə kimi vaxt verib.

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də həbs edilib. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qərarı verib.

Həbsindən əvvəl İntiqam Əliyevin ofisində axtarış aparılıb. Ailə üzvlərinin bildirdiyinə görə, axtarış zamanı Avropa Məhkəməsinin icraatında olan 100-dən çox şikayət işi götürülüb. Bu şikayətlərin əksəriyyəti 2010-cu il parlament seçkiləri ilə bağlı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG