Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:29

Leyla Yunus Saxarov mükafatına namizəd irəli sürülüb


Avropa parlamentində Yaşıllar/EFA qrupu Leyla Yunusu 2014-cü ilin Saxarov mükafatına namizəd irəli sürüb.

Avropa Birliyində Yaşıllar/EFA qrupunun bəyanatında deyilir ki, düşüncə azadlığı uğrunda Avropa Birliyinin bu mükafatına namizəd olması onun Azərbaycanda insan haqları uğrunda illərlə, yorulmaz mübarizəsinə verilən qiymətdir.

Bəyanatda deyilir ki, Leyla Yunusun başçılıq etdiyi Sülh və Demokratiya institutu siyasi motivli həbslər, korrupsiya, qadınlara qarşı zorakılıqla mübarizədədir.

O, bu işin risklərini yaxşı başa düşürdü. Leyla Yunus hakimiyyət təqiblərinin subyekti idi və hazırda həbsdədir.

Saxarov mükafatı 1988-ci ildə təsis olunub. Onu hər il Avropa Parlamenti təqdim edir

Günün bütün mövzuları

XS
SM
MD
LG