Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:15

Gulnara Karimovanın sözçüsü deyir ki, Özbəkistanda məhkəmə ədalətli olmayacaq


Gulnara Karimova ev dustaqlığında
Gulnara Karimova ev dustaqlığında

Özbəkistan prezidenti İslam Karimovun qızı Gulnara Karimovanın sözçüsü deyib ki, Gulnara Karimova məhkəməyə hazırlaşır, Özbəkistanda isə ədalətli məhkəmə olmaycaq.

Sentyabrın 8-də Özbəkistanın baş prokurorluğu Karimovanı mütəşəkkil cinayətkarlıq ittihamında şübhəli şəxs elan etdi.

Bu ilin əvvəlində İsveçdə və İsveçrədə cinayət işlərində də Gulnara Karimova rüşvət və pul yuma ittihamlarında şübhəli şəxsdir.

Londondakı məsləhət şirkətindən Locksley Ryan deyir ki, Gulnara Karimovanın üstündən bu ittihamları götürə bilməsinin bir yolu var, o da məhkəməyə getməkdir ki, qoy, hakim həll etsin. Ancaq bu,müstəqil məhkəmə olmalıdır, belə məhkəmə isə Özbəkistanda işləmir.

Ryan deyir ki, əgər İsveçrə suallar qaldırıbsa və Gulnara Karimova bu suallara cavab verməlidir, onda ona icazə verilməlidir ki, İsveçrəyə getsin.

XS
SM
MD
LG