-
Zaman keçdikcə əsərləri daha da qiymətə minən - milyonlarla dollara satılan Pablo Picasso emalatxanasında necə işləyirdi?
1956-cı ildə çəkilmiş "Picasso sehri" adlı sənədli filmdə o, kamera qarşısında rəsm çəkir.
Amma fransız rejissor Henri-Georges Clouzot-nun çəkdiyi bu filmin sonunda deyilir ki, tamaşaçılar həmin rəsmləri başqa heç yerdə görə bilməzlər.
Çünki rəssam çəkilişlər başa çatan kimi onları məhv edib.
Buna baxmayaraq kadrlar o qədər qymətlidir ki, Fransa hökuməti filmi rəsmi şəkildə Fransanın milli sərvəti elan edib.