Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:45

Həştərxanda BBC-nin çəkiliş qrupuna hücum olub


-

Həştərxanda naməlum şəxslər BBC-nin Moskva bürosunun çəkiliş qrupuna hücum edib.

Jurnalist Steve Rosenberg-in məlumatına görə, onlar Həştərxana Ukrayna sərhəddində Rusiya hərbçilərinin ölümünə dair məlumatlarla bağlı gəliblər, material hazırlamaq istəyiblər. Kafedən çıxıb maşına yaxınlaşan kimi azı 3 nəfər aqressiv şəxs qrupa hücum çəkib.

Hücum çəkənlər qrupdan kameranı alıblar, operatoru döyüblər, daha sonra gizləniblər.

Jurnalistlər polisdə ifadə verən zaman kimsə onların maşınına girib və yaddaş kartından video görüntüləri silib, Steve Rosenberg belə deyib.

BBC xəbər verir ki, çəkiliş qrupu sağ-salamat Moskvaya qayıdıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG