Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:50

Kreml mediada xarici iştirakı məhdudlaşdırır


-

Kreml Rusiya mediasında 20 faizdən artıq xarici kapitalı qadağan edən qanun layihəsini dəstəkləyir. Bunu sentyabrın 18-də «Vedomosti» prezident administrasiyası və Dövlət Dumasında mənbələrə istinadla yazıb.

Deputatların gələn həftə layihəyə birinci oxunuşda baxacağı gözlənir. «Vahid Rusiya» fraksiyasının rəhbər müavini də layihəni dəstəkləyənlər sırasındadır.

Təklif olunan dəyişikliyə görə, xarici dövlət, beynəlxalq təşkilat, xarici vətəndaş və ya hüquqi şəxs, xarici kapitallı rusiyalı hüquqi şəxs, digər ölkə vətəndaşı olan rusiyalı istənilən Rusiya media orqanı təsisçisinin nizamnamə kapitalında 20 faiz və ondan artıq paya sahib ola bilməz. Bu qaydaya 2017-ci il yanvarın 1-dək əməl olunmasa, media orqanı bağlanacaq.

«Vedomosti» yazır ki, dəyişiklik qəbul olunarsa, qadağa Rusiya mediasının yarıdan çoxunu əhatələyəcək.

Bu, mediada əcnəbilərin işini məhdudlaşdırmağa ilk cəhd deyil. Ötən il deputat Yevgeniy Fedorov təklif edib ki, xarici maliyyəsi olan media «xarici agent» sayılsın. O zaman dəyişikliklərə heç Dumada baxılmayıb.

XS
SM
MD
LG