Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:56

-

Avstraliya polisi terrorçuluq əleyhinə reydlər keçirib və 15 nəfəri saxlayıb. Reydlər sentyabrın 18-də Sidney, Brisban və Loqandda keçirilib.

800 federal və dövlət polis zabiti 3 şəhərdə 10-dan çox mülkiyyətdə reyd aparıb. Polis inanır ki, üzərində əməliyyat aparılan qrupun Avstraliyada zorakı fəaliyyət həyata keçirmək planı olub.

Baş nazir Tony Abbot jurnalistlərə deyib ki, kəşfiyyatda islam yaraqlıları tərəfdarlarının Avstraliyada «nümayişkaranə qətllər»ə çağırmasına dair məlumat olub. Saxlananların İslam Dövləti yaraqlı qrupuna bağlılığı olduğu bildirilir.

Sentyabrın 12-də hakimiyyət terrorçuluq həyəcan siqnalını «orta»dan «yuxarı»ya qaldırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG