Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:01

Şotlandiyada referendumdur


Gordon Brown
Gordon Brown

-

Şotlandiya seçiciləri sentyabrın 18-də tarixi referenduma gedərək Birləşmiş Krallığın tərkibində qalmaq və ya müstəqil olmağa səs verəcəklər. Son rəy sorğuları göstərib ki, birlik tərəfdarları 52, əks fikirdə olanlar 48 faizdir.

Şotlandiyanın birinci naziri və separatçı Şotlandiya Milli Partiyasının lideri Alex Salmond bildirib ki, səsvermə Şotlandiyanın gələcəyini öz əlinə alması üçün «həyatda bir dəfə verilən» imkandır.

Britaniya baş naziri David Cameron deyib ki, Şotlandiya 307 yaşlı birlikdən çıxsa, «onun qəlbi çox qırılacaq». Baş nazir söyləyib ki, Şotlandiya daha Krallığa birləşə bilməyəcək.

Seçicilərdən bir sual soruşulacaq: «Şotlandiya müstəqil ölkə olmalıdırmı?».

Nəticələr sentyabrın 19-da səhər bəlli olacaq.

XS
SM
MD
LG