Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:38

-

Alman şirkəti iyulda Ukrayna üzərində MH17 Malayziya təyyarəsini vuranların kimliyinə dair informasiya və dəlil üçün 30 milyonluq mükafat təklif edir. Wifka şirkəti saytında yerləşdirdiyi bəyanatda deyir ki, anonim «müştəri» bu mükafatı verməyə boyun olub. İnformasiyanı ötürənin kimliyi başqa cür təqdim olunacaq.

Wifka bilmək istəyir ki, «iyulun 17-də MH17-ni kim vurub? Əmri kim verib? Hadisəni kim ört-basdır edir?».

Təyyarədəki 298 nəfər həlak olub. Şirkət bildirir ki, «partlayışın baş verdiyi şərait, hadisəyə dair sübut-dəlil.. heç nə aydınlaşdırılmayıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG