Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:27

AŞPA-nın payız sessiyası başlayır


Avropa Şurası Parlament Assambleyasının qış sessiyası, 23 yanvar 2006

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası, 23 yanvar 2006

Oktyabrın 2-dən 6-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası keçiriləcək. Budəfəki sessiyada əsasən Balkanlarda və Kosovoda vəziyyət müzakirə olunacaq. Oktyabrın 4-də Macarıstanın Baş naziri Ferents Dyurçan AŞPA üzvləri qarşısında çıxış edərək onların suallarını cavablandıracaq.


AŞPA-nın payız sessiyasının gündəliyinə əhalinin məcburi köçü və etnik təmizləmələrin qurbanları üçün Avropa Xatirə Evinin yaradılması, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası, kürdlərin mədəni vəziyyəti, Avropanın Rusiyanın davamlı iqtisadi inkişafına marağı kimi məsələlər də daxil edilib.


AŞPA-nın payız sessiyasında Azərbaycanın qurumdakı nümayəndə heyəti də iştirak edir.


Oktyabrın sonunda isə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Toni Lloyd Azərbaycana gələcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG