Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:51

BMT nümayəndə heyəti Bakıya səfərini yarımçıq saxlayıb


İşgəncələrin qarşısının alınması üzrə Birləşmiş Millətlər Təşkilatının Alt-Komitəsi (İQAT) Azərbaycanın da tərəf olduğu BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı öz mandatının həyata keçirilməsində qarşılaşdığı maneələr səbəbindən Azərbaycana səfəri dayandırmaq və ölkəni tərk etmək qərarını verib.

Bu barədə məlumat verən BMT-nin İnsan haqları üzrə ali komissarının ofisi bildirir ki, Azərbaycan Respublikasının rəsmi qurumları tərəfindən azadlıqdan məhrumetmə yerlərinə məhdudiyyətsiz girişlə əlaqədar verilən zəmanətə baxmayaraq nümayəndə heyətinin azadlıqdan məhrumetmə yerlərinin bir neçəsinə daxil olmasının, digərlərində isə öz vəsifələrini tam yerinə yetirməsinin qarşısı alınıb.

Fakültativ Protokol üzrə Azərbaycanın götürdüyü öhdəliklərin ciddi pozulması nəticəsində və nümayəndə heyəti 8-17 sentyabrda planlaşdırılan səfərinin bütövlüyünün həddən artıq çətinliklərlə üzləşməsi səbəbindən missiyanı vaxtından əvvəl dayandırılması qənaətinə gəlmişdir.

Nümayəndə heyəti sentyabrın 14-də fəaliyyətini dayandırıb. Lakin bəzi üzvlər Bakıda qalaraq topladığı məlumatlar əsasında Azərbaycan rəsmiləri ilə müvafiq danışıqlıqları davam etdiriblər. Sentyabrın 16-da nümayəndə heyətinin rəhbəri Aisha Shujun Muhammad Xarici İşlər Nazirinin müavini ilə görüşüb.

İQAT Azərbaycanda işgəncə və pis rəftarın qarşısının alınması məqsədi ilə ölkənin İQAT-la konstruktiv dialoqa başlamasını və Fakültativ Protokol çərçivəsində öz beynəlxalq öhdəliklərinə riayət etməsini gözləyir.

OPCAT çərçivəsində İQAT müxtəlif azadlıqdan məhrumetmə yerlərinə səfər etmək və azadlıqdan məhrumetmə yerlərində işgəncə və pis rəftar riskinə qarşı ciddi təminatları yaratmaq üçün Dövlət orqanlarına tövsiyyələr vermək mandatına malikdir.

İşgəncələrin qarşısının alınmasına üzrə Fakültativ Protokol bü günə kimi 73 dövlət tərəfindən ratifikasiya olunub.

XS
SM
MD
LG