Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:36

Uralkali-nin keçmiş başçısı 390 min dollar girov qoymaqla azadlığa çıxıb


Rusiyanın Uralkali gübrə şirkətinin keçmiş rəhbəri Vladislav Baumgertner Moskva məhkəməsinin qərarı ilə 390 min dollar girov müqabilində azadlığa buraxılıb.

Məhkəmə onu sentyabrın 1-də azad edib, ancaq bu barədə məlumat sentybarın 17-də verilib.

Baumgertner Minskdə keçən ilin avqustunda həbs olunub. Bundan əvvəl Uralkali Belarusun dövlət şirkəti ilə birgə müəssisədən çıxdığını elan etmişdi.

Belarus o vaxt şirkətin rəhbəri olan Baumgertneri vəzifədən sui-istifadədə, mənimsəmədə ittiham edirdi və onu ev dustaqlığına məhkum etmişdi.

2013-cü ilin noyabrında Uralkali-də sahibkarlıq strukturu Belarusun tələb etdiyi qaydada dəyişdiriləndən sonra Minsk Baumgertneri Moskvaya ekstradiksiya etdi. O, ev dustaqlığını Moskvada çəkirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG