Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:13

Milyonu olan niyə özünə qəsd eləsin?


Stephen King
Stephen King

-

1980-ci illərdə Stephen King artıq tanınmış yazıçı idi.

Onun triller, fentezi, dəhşət, fantastika janrlarında yazdığı əsərlər nəinki bestseller idi, hətta onların əsasında filmlər çəkilirdi.

24 otaqlı evi vardı. Bankda da bir ətək pulu...

Bir sözlə Amerika arzusu çin olmuşdu. Amma sən demə bu, xoşbəxtliyin yalnız görüntüsü imiş. Stephen depressiyadaydı, günə 2 qutu siqaret çəkir, pivənin küpünə girir, kokaindən istifadə edir, zaman-zaman intihar fikrinə düşürdü.

Yazıçı yalnız 80-ci illərin sonunda “kəndinə gəlir”.

2011-ci ildə ABŞ-da çap edilən bir kitabda məşhurların 16 yaşında mənlərinə məktubları toplanıb.

Onlardan belə bir məktubu yazmağı kitabın tərtibçiləri xahiş ediblər. Soruşublar ki, əgər belə bir məktub yazsaydınız, 16 yaşlı məninizə hansı məsləhətləri verərdiniz.

Stephen King-in evi
Stephen King-in evi

Stephen King məktubunda yazır:

“Əziz Mən,

Mən sənə bu məktubu 2010-cu ildən – tamam gülünc bir yaşa – 62 yaşa çatarkən yazıram ki, bəzi məsləhətlər verəm.

Məsləhətim çox sadədir. 5 sözdən ibarətdir: Narkotik maddələrdən uzaq gəzməyə çalış!

Çox istedadlısan və hələ çox adamı öz hekayələrinlə məmnun edəcəksən. Amma nə qədər acı olsa da, bu bir həqiqətdir ki, sən narkoman olacaqsan.

Əgər bu məktubu qulaqardına vurub gələcəyini dəyişməyə çalışmasan, həyatının mühüm bir onilliyini – 30 yaşdan 40 yaşacan dövrünü qara bir zolaq kimi itirəcək, bir çox insanları məyus edəcək, öz uğurlarına sevinə bilməyəcəksən. Bir neçə dəfə hətta ölümün astanasına gedib çıxacaqsan.

Özünə bir yaxşılıq et, daha parlaq, daha məhsuldar həyat yaşa, həzz al. Bil ki, sevgi kimi yoldan çıxarılmağa müqavimət də ürəyin təpərini artırır”.

Openculture-ya istinadla Oxu zalı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG