Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:16

QHT-lərə təzyiqlər barədə deyilənlər təsirli və qorxuludur


Avropa Şurasının İnsan Haqları Komissarı- Nils Muiznieks
Avropa Şurasının İnsan Haqları Komissarı- Nils Muiznieks

“Azərbaycanda insan haqları müdafiəçilərinə təzyiqlərlə onların Avropa Şurası ilə keçmiş fəaliyyəti arasında dəhşətli bağlılıq var”. Bunu Böyük Britaniyanın Avropa Şurasında daimi təmsilçisi Matthew Johnson tvitter hesabında yazıb.

Onun yazdığına görə, Avropa Şurasının İnsan Haqları Komissarı Nils Muiznieks Avropa Şurası Nazirlər Komitəsini Ukraynada, Krımda insan haqları pozuntularına dair məlumatlandırıb. Komissar Azərbaycanda QHT-lər hücumlardan danışarkən deyib:

“Bütün tərəfdaşlarımız həbsdədir”.

Matthew Johnson yazır ki, komissarın Azərbaycanda QHT-lərə təzyiqlər barədə dedikləri “təsirli və qorxuludur”.

Nils Muiznieks AzadlıqRadiosuna son müsahibəsində Avropa Şurası Nazirlər Komitəsi və Parlament Assambleyasını Azərbaycandakı hazırkı duruma münasibət bildirməyə çağırırdı.

Azərbaycanın Nazirlər Komitəsinə sədrliyi noyabrda başa çatır.

XS
SM
MD
LG